Zülfiyyə Xanbabayevanın 17 il əvvəlki görüntüləri üzə çıxdı

  • Space TV
  • 10 Yanvar 2020 12:21

Xalq artisti Zülfiyyə Xanbabayeva 17 il əvvəl lentə aldığı “Qəlbinə yol” adlı klipinin kadrarxası görüntülərini yayımlayıb.

SPACE TV xəbər verir ki, sözügedən ekran işində əziyyətlərə qatlaşan sənətçi arxivləri və xatirələri bu cür yada salıb.

“17 il əvvəl, ovaxtkı Abşeron mehmanxanası… Çəkilişdən sonra xəstələnən onlarla yaradıcı insan və heç xəstələnməyən mən. Deyirik, gülürük, mübahisə edirik və ölkədə kinolentə çəkilən ilk klipi yaradırıq. Bu ciddi klipin pərdəarxası unudulmaz anlarla yaddaşlarda qalıb”.

Qeyd edək ki, “Qəlbinə yol” adlı ekran işinin rejissorluğu Emin Mirabdullayev tərəfindən icra olunub.

Paylaş

 Xəbəriniz olsun