Zorakılıq geniş müzakirə olunur

  • SpaceTV
  • 28 Avqust 2019 12:34

Ermənistan ictimaiyyəti tərəfindən bu il ən geniş müzakirə olunan məsələlərdən biri də cinsi zorakılıq mövzusudur.

Müzakirələr ölkəyə könüllü işləmək üçün gələn Çex vətəndaşı, Eva adlı 28 yaşlı rəssam qızın ötən ilin aprel ayında bir nəfərin ona təcavüzü  barədə və başına gələn başqa buna bənzər hallar barədə xatirələrini bölüşməsindən sonra başlayıb.

Rəssam Eva  az qala mütəmadi olaraq cinsi təvavuzə məruz qaldığını bildirsə də, ölkədə bəzilərinin fikrincə, Ermənistanda “zorlamalar olmur, olsa da əcnəbi qadınların özlərinin təhriki ilə olur”.  Buna baxmayaraq, Evanın hekayəti nazirlər, millət vəkillərinədək cəmiyyətdə geniş əks-səda doğurub. Hərçənd bir çoxları könüllü qızı xarici dairələrə işləyərək Ermənistana və ermənilərə qara yaxmaqda belə ittiham edirdilər.

Bununla belə, jurnalist və bloger Lüsi Köçaryan Evanın hekayəsini təfərrüatı ilə dərc etdikdən sonra bir çox qadınlardan çex qıza dəstək ifadəli, həmçinin özlərinin yaşadıqları hallarla bağlı məktublar gəlməyə başlayıb. Bunun nəticəsində fləşmob da yaranıb.

 “Bu məktublarda müxtəlif insanlar tərəfindən təcavüzə məruz qalan qız və qadınların həyat hekayələri yer alıb.  Luisin xatirələrində “Ermənistanda zorakılığa uğrayan qadınların bunu açıq etiraf etməkdən və cəmiyyətin qınağına tuş gəlməkdən çəkindikləri bildirilir.

Paylaş

 Xəbəriniz olsun