Zobucuq qəsəbəsi atəşə tutulub – VİDEO

  • Space TV
  • 5 Oktyabr 2020 13:42

Füzuli rayonunun  Zobucuq qəsəbəsi erməni silahlı birləşmələri tərəfindən ağır artilleriya qurğularından atəşə tutulub.

Space TV xəbər verir ki, qəsəbədə mülki şəxslərin yaşayış evlərinə ciddi ziyan dəyib. 2 saylı Zobucuq qəsəbəsinə artillieriya qurğularından açılan atəş  fərdi yaşayış evinin üzərinə düşüb. Nəticədə mənzil tamamilə sıradan çıxıb. Ev sahibinin sözlərinə görə, hadisə baş verməzdən bir neçə dəqiqə öncə 4 nəfərdən ibarət ailə üzləri evdə olublar. Onların xəsarət almaması an məsələsi olub.

Qeyd edək ki, Fuzilidə yaşayan mülki əhali davamlı olaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə məruz qalır.

Paylaş

 Xəbəriniz olsun