Zidan qəzəbləndi: “Real”da mövsüm ərzində 40 zədə

  • Space TV
  • 16 Fevral 2021 17:30

Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan komandanın futbolçularının tez-tez zədələnməsindən qəzəblənib.

Bu barədə “Mundo Deportivo” yazıb.

Nəşrə danışan mənbənin sözlərinə görə, fransalı mütəxəssis daha əvvəl bu məsələ ilə bağlı narahatlığını ifadə etsə də, artıq qəzəbini gizlədə bilməyib. Z.Zidanın səbrinin daşmasına səbəb isə “Valensiya” ilə oyunda Daniel Karvaxalın zədələnməsi olub. Məhz bu zədədən sonra baş məşqçi fiziki hazırlığa cavabdeh şəxslərdən izahat tələb edib. Z.Zidan baş verənlərin normal olmadığını qeyd edib.

Xatırladaq ki, bu mövsüm “kral klubu”nun heyətində 40 zədə qeydə alınıb.

Paylaş

 Xəbəriniz olsun