Zeynəbin meyiti tapılıb

  • SpaceTV
  • 12 Avqust 2019 12:27

Avqustun 10-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsinin qeyri-çimərlik ərazisində batan 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının axtarışları başa çatıb.

 Zeynəb Cəfərzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Sözügedən hadisə zamanı əmiuşağı olan iki bacı və bacı-qardaş dənizdə batıb. Uşaqlardan üçünün meyiti həmin gün tapılsa da, Cəfərzadə Zeynəbin meyitini tapmaq mümkün olmamışdı.

Space.TV-Xidmətin İctimaiyyətlə Əlaqələr və Təbliğat şöbəsinin rəisi Aqşin Əlili bildirib ki, 4 azyaşlı uşağın ölümü ilə nəticələnən bu hadisəyə səbəb ailənin tamamilə çimərlik üçün nəzərdə tutulmayan təhlükəli bir yerdə – gəmilərin saxlanması üçün bazanın ərazisində suya girməsi olub. 

Aqşin Əlili ümumiyyətlə sahilkənarı ərazilər olsa belə, güclü küləklər səbəbindən dənizdə sualtı boşluqların əmələ gəlmə təhlükəsini nəzərə çatdıraraq, vətəndaşları diqqətlə olmağa çağırıb. Dəniz istirahətinin faciəyə çevrilməməsi üçünsə xüsusən nəzarətsiz ərazilərdə çimməmək məsləhətdir.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şöbə rəisi iyunun 1-dən indiyə qədər 231 nəfərin boğulma təhlükəsindən xilas edildiyini bildirib. Xilasedicilərin xidməti ərazilərində ölümlə nəticələn hadisə qeydə alınmayıb.

Statistikadan da göründüyü kimi, boğulma halları əsasən qeyri-çimərlik ərazilərində baş verir. Xatırladaq ki, avqustun 10-da Nardaran qəsəbəsi sahillərindəki nəzarətsiz ərazidə iki qardaşın övladları olan 4 azyaşlı uşaq dənizdə batıb. Onlar 12 yaşlı Cəfərova Mənsumə Əsəd qızı, 11 yaşlı Cəfərov Əlirza Əsəd oğlu, 8 yaşlı Cəfərzadə Leyla Ramin qızı və 10 yaşlı Cəfərzadə Zeynəb Ramin qızıdır.

Paylaş

 Xəbəriniz olsun