Zelenskinin oğlu koronavirusa yoluxdu

  • Space TV
  • 21 Avqust 2020 13:57

Ukrayna Prezidenti Vladimir Zelenskinin oğlu koronavirusa yoluxub.

Spacetv.az-ın məlumatına görə, bu barədə Ukrayna lideri 112.UA telekanalının efirində deyib.

“Uşaqlar uşaq kimi buna dözürlərsə, düşünürəm ki, bunu nisbətən normal hesab edirəm, yalnız qızdırma olur və bütün valideynlər bundan narahatdırlar. Böyüklər bu xəstəliyi daha ağır keçirirlər. Hətta gənclər, idmanla məşğul olanlar da. Buna görə də hamıya sağlamlıq arzulayıram və ehtiyatlı olmalarını diləyirəm”, – deyə o qeyd edib.

Zelenski əlavə edib ki, hazırda ukraynalılar karantin qaydalarına riayət etmirlər.

Xatırladaq ki, Ukrayna başçısının xanımı Yelena Zelenskaya da iki ay əvvəl koronavirusa yoluxmuşdu.

Qeyd edək ki, Ukraynada 100 643 nəfərdə koronavirus müəyyən edilib, virusa yoluxan 2 207 nəfər ölüb, 51 078 nəfər sağalıb.

Paylaş

 Xəbəriniz olsun