Koronavirusa yolxumuş Ukrayna Prezidenti Vladimir Zelenski növbəti COVID-19 testinin nəticəsinin mənfi olduğunu və adi rejimdə işinin başına qayıtdığını açıqlayıb.
Spacetv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə teleqram kanalında yayımladığı videomüraciətində bildirib.
“Əhval-ruhiyyə xoşdur, temperatur 36,6 dərəcədir. Testin nəticəsi mənfi olduğundan özümdə müsbət əhval-ruhiyyədəyəm. Bankovadayam (Ukrayna prezidentinin ofisinin yerləşdiyi küçə – red.), işləyirik”, – o söyləyib.
Xatırladaq ki, Zelenski noyabrın 9-da koronavirusa yoluxduğunu bildirib.