Zelenski: “ABŞ-ı demokratiya rəmzi kimi qəbul etmək çətin olacaq”

  • Space TV
  • 1 Fevral 2021 11:40

“Kapitolidə baş verən iğtişaşlardan sonra dünya üçün ABŞ-ı demokratiya rəmzi kimi qəbul etmək çətin olacaq”.

“Axios” nəşrinin məlumatına görə, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.  

“Mən düşünürəm ki, bu, ABŞ demokratiyasına güclü zərbə oldu. Biz ABŞ-da ideal demokratik institutların olmasına, hakimiyyətin dinc yolla, döyüşlər, inqilablar olmadan bir prezidentdən digərinə ötürülməsinə alışmışıq”, – deyə V.Zelenski bildirib.

Onun sözlərinə görə, ABŞ-da belə bir hadisənin baş verə biləcəyini heç kim gözləməyib.

Paylaş

 Xəbəriniz olsun