Zavodda yanğın baş verib – VİDEO

  • SpaceTV
  • 8 Avqust 2020 11:35

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-Polietilen zavodunda yanğın baş verib. Space TV-nin məlumatına görə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hadisə zamanı 5 nəfər yüngül bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb. Yanğın nəticəsində xəsarət alanlardan birinə tibbi yardım göstərilib və evə buraxılıb.

Paylaş

 Xəbəriniz olsun