Səhər saatlarında FHN-nin 112 xidmətinə paytaxtda fəaliyyət göstərən zavodlardan birində uçqun baş verdiyi məlumatı daxil oldu.Dərhal hadisə yerinə yanğınsöndürən briqadalar, xilasedicilər, polis və təcili yardım briqadaları cəlb olundu.Görüntülər paytaxtın Nərimanov rayonu Mir Cəlal küçəsi 15 ünvanında yerləşən poladəritmə zavodunda fövqəladə hallar zamanı hərəkətlər və təxliyə planına dair praktiki təlimdəndir. Zavod kollektivinin fövqəladə hallara hazırlığının yoxlanılması məqsədi ilə keçirilən təlimə yanğın siqnalı ilə start verildi. Təlim iki mərhələdə həyata keçirildi. Həyəcan siqnalı verilən kimi təlimata uyğun olaraq bütün zavod kollektivinə zavodun ərazisini tərk etmək tapşırıldı. Öncə zavodun inzibati binasından 150 nəfər təhlükəsiz əraziyə təxliyə olundu. Daha sonra yanğınsöndürmə briqadaları qəza xilasetmə və digər təxirəsalınmaz işlərə başladı
Şərti yaralılara vətüstündən zəhərlənənlərə hadisə yerinə gələn təcili yardım briqadası ilkin tibbi yardım göstərdi. Yanğınsöndürənlər və xilasedicilər təxliyə zamanı hadisə yerində qalan insanları isə belə xilas etdilər.
Təlimin sonunda zavod kollektivinə FHN-nin təlim rəhbərləri tərəfindən kompleks mülkü müdafiə təliminin təhlili aparılaraq müvafiq tövsiyə və tapşırıqlar verildi.
RƏŞAD VƏKİLOĞLU SPACE TV