Zaqatalada yaşayış evinə düşən ildırım yanğına səbəb olub.

  • Space TV
  • 22 İyun 2020 16:02

Axşam saatlarında Zaqatala rayonu ərazisində hava qeyri-sabit keçib, şimşək çaxıb, fasilələrlə leysan xarakterli yağış  və rayonun Pərzivan adlanan ərazisinə xırda dolu yağıb. Güclü ildırım çaxması isə Zaqatala şəhəri ərazisində Həbib Muxtarova məxsus, ümumi sahəsi 135 kv/m olan fərdi yaşayış evində yanğına səbəb olub. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyünün 50 kv/m-lik sahəsinin yanar konstruksiyaları və mətbəxi qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.Qeyd edək ki, yanğın baş verən evin sakinləri Rusiya Fedarasiyasında yaşayır.Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

İlkin Piranov Space  TV

Paylaş

 Xəbəriniz olsun