Zaqatalada yağan leysan və güclü külək bir sıra fəsadlar törədib

  • SpaceTV
  • 3 Avqust 2020 15:02

Ötən gecə 21 radələrindən başlayaraq şimal-qərb bölgəsində keçən qeyri sabit hava şəraiti nəticəsində Zaqatala rayonu ərazisində güclü külək əsib,  dağlıq ərazilərə leysan yağıb.

Nəticədə gecə saat 02 radələrindən rayonun 10 yaxın yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yaranaıb. Dağlara yağan leysan yağışları nəticəsində rayonun iri çaylarından olan Tala çayında qısa müddətli sel keçib. Çayından keçən sel rayonun Yuxarı Tala və Aşağı Tala kənlərini içməli su ilə təmin edən su xəttinin bir hissəsini dağıdıb.  16 mindən çox əhalisi olan iki yaşayış məntəqəsinin təqribən 80 faizi susuz qalıb. Yuxarı tala bələdiyyə sədrinin sözlərinə görə, gələn sel çay yatağında yerləşən su xəttinin 2-3 kilometrlik hissəsində müxtəlif yerlədən su xəttini dağıdıb və xəttin qalan hissəsinə isə lil və daş, qum dolub.Vəziyyətlə bağlı hər iki kəndin bələdiyyələri rayon icra hakimiyyətinə, onlarda öz növbəsində aidiyyatı üzrə müraciət ediblər.

Hazırda Talaçay çayında suyun səviyyəsinin yuxarı olması fəsadların aradan qaldırılması üçün iş görmək mümkün deyil.Suyun səviyyəsi aşağı düşən kimi çay yatağında bərpa işlərinə başlanacaq.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun