Zaqatalada yabanı halda bitən çətənə kolları aşkar olunub və yandırılma yolu ilə məhv edilib.

  • SpaceTV
  • 29 İyun 2020 14:22

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Bəhmətli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib. Tədbir zamanı ümumi çəkisi 5 tona yaxın olan 9040 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib. Faktla bağlı araşdırma aparılır.

İlkin Piranov space tv

Paylaş

 Xəbəriniz olsun