Zaqatalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

  • SpaceTV
  • 13 Aprel 2020 16:08

Ötən gün  axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində Zaqatala şəhər sakinləri olan 33 yaşlı Ülvi Əmirovun idarə etdiyi minik avtomobili ilə 35 yaşlı Ramin Şabanovun sükanı arxasında olduğu digər avtomobil toqquşub. Qəza zamanı ağır qapalı kəllə-beyin travması alan Ülvi Əmirov komatoz vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Ülvi Əmirova xəstəxanada ilkin yardım göstərildikdən sonar müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.  Digər avtomobilin sürücüsü Ramin Şabanovun xəsarəti yüngül olduğundan o, müayinə edildikdən sonra evə buraxılıb. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun