Zaqatalada ucqar kəndlərdə yeni dirəklər quraşdırılır, kabellər çəkilir

  • Space TV
  • 10 Yanvar 2020 17:03

Yaşayış məntəqələrində əsaslı və cari təmir işləri aparılıb.Rayonun bir çox kəndlərində elektrik təchizatının yaxşılaşdırılması istiqamətində dəyişikliklər edilib.Əliabad qəsəbəsində 10 və 0.4 kilovoltluq kabellər dəyişdirilib. Sovet dönəmindən qalan çürümüş dayaqlar dəmir və beton dayaqlarla əvəzlənib.Zaqatala rayonunun kəndlərində əsasən də qış fəslində elektrik enerjisinin verilməsində böyük problemlər yaranırdı.Qarın ağırlığına tab gətirməyən naqillər qırılaraq günlərlə əhalini işıqsız qoyurdu.Ancaq görülən işlərdən sonra belə problemlər yaşanmır.Sakinlər belə deyir…

Elektrik təchizatının yaxşılaşdırılması ilə paralel yeni sayğaclar da quraşdırılıb.Rayon üzrə 825 elektron tipli,2150 ədəd sayğac isə yenisi ilə əvəzlənib.Bunlardan 525 ədədi smart tipli sayğaclardır.Rayonun ən böyük Əliabad qəsəbəsində işlər davam edəcək.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun