Zaqatalada qərzəkli meyvə festivalı

  • SpaceTV
  • 27 Sentyabr 2019 13:08

Zaqatala rayonunda kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan fındıqçılığın,həmçinin qərzəkli meyvəçiliyin daha geniş təbliğ edilməsi məqsədilə   növbəti beynəlxalq festival keçiriləcək. Əməkdaşımız festivaldan öncə hazırlıq işləri ilə tanış olub.

Festivalda fındıq yığımında və emalında istifadə olunan müasir texniki avadanlıqlar da nümayiş etdiriləcək. İştirakçıların fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanışlığı mümkün olacaq. Rəsm və əl işləri sərgisi, tətbiqi sənət nümunələri də qonaqlara sürpriz olaraq hazırlanır.

Festivalın əsas məqsədi ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.

Qeyd edək ki, festivaldan öncə media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək. Festivalın açılışı isə 28 sentyabrda təşkil olunacaq.

İlkin Piranov Space-Zaqatala

Paylaş

 Xəbəriniz olsun