Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

  • Space TV
  • 20 İyul 2020 16:01

Yolu keçmək istəyirdi, maşının altınd qaldı .

Zaqatala-Qax avtomobil yolunun Zaqatalanın Çobankol kəndi ərazisindən keçən hissəsində rayonun Çobankol kənd sakini, 44 yaşlı Şaban Atayev  yolu keçmək istəyən zaman   Səhrab Hünbətovun idarəetdyi minik avtomobili tərəfindən vurulub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Şaban Atayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanaya daxil olduqdan bir qədər sonra həkimlərin səyinə baxmayaraq, Şaban Atayev aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır. 

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun