Zaqatalada meşə yanır

  • Space TV
  • 11 Mart 2020 15:48

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Zaqatala rayonunun Qalal kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları, həmçinin Rayon İcra Hakimiyyətinin yerli qüvvələri cəlb edilib.

İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə 3 hektar sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun