Zaqatalada karantin qaydalarını pozaraq postu keçməyə cəhd edən şəxs saxlanılıb.

  • SpaceTV
  • 4 May 2020 10:14

Karantin rejimi qaydalarının təmin olunması məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Zaqatala və Qax rayonları arasında yaradılan postda  yük avtomobili saxlanılıb. Yoxlanış zamanı sürücü, Ağdam rayon sakini Aqil Hətəmovun hərəkəti üçün icazəsi olsa da, ancaq sərnişin qismində əyləşən Tərtər rayon sakini Paşa Məmmədovun hər hansısa bir icazəsinin olmadığı müəyyən olunub. Avtomobildən düşürülən Paşa Məmmədov oradan meşə yolu ilə qaçaraq postu keçməyə və bir qədər aralıda onu gözləyən, gəldiyi yük avtomobilinə əyləşməyə cəhd edib. Ancaq polislərin çevikliyi nəticəsində o, və yük avtomobilinin sürücüsü saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Karantin rejimi qaydalarını pozduqları üçün onların  barəsində qanunauyğun tədbirlər görülüb.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun