Zaqatalada kəndə hücum çəkən canavar kənd sakininə məxsus qoyunları parçalayıb

  • SpaceTV
  • 6 Fevral 2020 14:40

Canavarlar Zaqatala şəhərinin ən yaxın kəndi olan Çökəkoba kəndinə girərək qoyunlara hücum edib.Gecə saatlarında kənd sakini Yaqub Kəmlayevin yaşadığı evin həyətyanı sahəsinə soxulan canavar mal tövləsinə girərək 8 baş xirdabuynuzlu heyvanı öldürüb, daha üç başa isə xəsarət yetirib.
Hadisə ilə bağlı ərazinin baytarlıq məntəqəsindən  bildirilib ki, canavarın öldürdüyü heyvanlar baytarlıq təlimatına uyğun basdırılıb. Yaqub Kəmlayevin təssərrüfatı və heyvanların basdırıldığı ərazi dizinfeksiya edilib.

Qeyd edək ki, son aylar rayonda yırtıcı və quduz heyvanlar yaşayış məntəqələrinə soxularaq şəxsi təssərüfatlara ziyan verir. Son iki ayda rayon ərazisində quduzlaşmış yırtıcıların çöl sahələrində iri və xırdabuynuzlu heyvanlara xəsarət yetirməsi səbəbindən 10 başdan yuxarı heyvan ölüb.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun