Zaqatalada fərdi yaşayış evində yanğın baş verib

  • SpaceTV
  • 5 May 2020 14:04

Gecə saatlarında rayonun Göyəm kəndində kənd sakini Solmaz Bəşirovaya məxsus, ümumi sahəsi 80 kv/m olan kürsülü 4 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanaraq yararsız hala düşüb.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun