Zaqatalada fərdi yaşayış evində partlayış baş verib, 92 yaşlı qadın yanıq xəsarətləri alıb.

  • Space TV
  • 15 Yanvar 2020 15:31

Bu gün səhər saatlarında Zaqatala şəhəri İmam Şamil küçəsindəki fərdi yaşayış evlərinin birində 92 yaşlı Asiyə Məmmədova özünə məxsus yaşayış evində qaz sobasını yandırmaq istəyən zaman anidən yanğınla müşahidə olunan partlayış baş verib. Yanğın nəticəsində 92 yaşlı Ayşə Məmmədova müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Ayşə Məmmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiririlib.

Müşviq Məmmədov – Zaqatala RMX-nın həkimi.

Hal hazırda xəsətnin müayinə və müalicəsi Zaqatala rayon mərkəzi xəstəxanasında aparılır.
Qadının evdə tək yaşadığı bildirilir.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun