Zaqatalada fəaliyyət göstərən daş istehsalı sexində yanğın olub.

  • Space TV
  • 14 May 2020 16:46

Axşam saatlarında  rayonun Yuxarı Tala kəndində rayon sakini Sərxan Orucovun icarəyə götürdüyü, ümumi sahəsi 300 kv/m olan daş istehsal edən sexdə yanğın baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yağın nəticəsindsə sexing çardaq hissəsinin 50 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanaraq yarasız hala düşüb. Yanğın zamanı sexdə işləyən fəhlələrdən xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun