Zaqatalada evdən oğurluq edən şəxs saxlanılıb.

  • Space TV
  • 7 Yanvar 2020 17:09

Zaqatala rayonu Dardoqqaz kəndində yaşayan qadın Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən 550 manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.Daxil olmuş müraciətlə əlaqədar Zaqatala RPŞ əməkdaşları tərəfindən “isti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu edən şəxsin Bakı şəhər sakini 24 yaşlı Sənan Bayramov olduğu müəyyən edilib.

Şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilən şəxsdən oğurladığı pullar maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun