Zaqatalada çağırışa gedən təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alanlar var.

  • Space TV
  • 14 Mart 2020 12:49

Bu gün Zaqatala-Muxax-Yuxarı Çardaxlar avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində Muxax kənd sakini, Qurban Mahmudovun idarə etdiyi minik avtomobili ilə çağırış yerinə gedən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilin sürücüsü Qurban Mahmudov və təcili tibbi yardım avtomobilində olan tibb bacısı Şəlalə Məmmədova xəsarətlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Hazırda yaralıların müayinəsi aparılır, vəziyyətləri orta-stabil qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır

İlkin Piranov SPACE  TV

Paylaş

 Xəbəriniz olsun