Zaqatalada bıçaqlanma hadisəsi baş verib

  • Space TV
  • 9 May 2020 14:29

Zaqatala rayonu Qımır kənd sakini həmkəndlisi tərəfindən bıçaqlanıb.
40 yaşlı Cahangir Məmmədov qarnının sol nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edən 40 yaşlı rayon sakininin şəxsi münasibətlər zəminində həmkəndlisi Orxan Gözəlov tərəfindən bıçaqlanması məlum olub. Cahangir Məmmədova lazımı tibbi yardım göstərilib, müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır. Hədisəni törətməkdə şübhəli bilinən Orxan Gözəlov Zaqatala polisi tərəfindən saxlanılıb. Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun