Zaqatalada avtomobil atı vurub

  • SpaceTV
  • 11 Dekabr 2019 10:52

Zaqatalada qəfil yola çıxan at qəzaya səbəb olub, bir nəfər xəsarət alıb.

SPACE TV-in məlumatına görə, hadisə dekabrın 10-da axşam saatlarında rayonun Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda baş verib.

Rayon mərkəzinə doğru istiqamətdə hərəkətdə olan “VAZ 21099” markalı minik avtomobilinin qarşısına qəfildən at çıxıb və avtomobil atı vurub. Qəza zamanı at hadisə yerində ölüb. Avtomobildə olan sərnişin – rayonun Danaçı kənd sakini, 25 yaşlı Adilə Rövşən qızı Əhmədova aldığı müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

A.Əhmədovaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun