Zaqatalada ağır yol qəzası baş verib

  • Space TV
  • 25 Dekabr 2019 17:18

Ötən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində Zaqatala rayon sakini,36 yaşlı Tural Gülməmmədov idarə etdiyi minik avtomobili ilə Zaqataladan Əliabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən qatı duman səbəbindən idarəetməni itirərək avtomaşını yolun kənarındakı ağaca çırpıb. Qəza zamanı sürücü T.Gülməmmədov hadisə yerində dünyasını dəyişib. Sükan arxasında sıxılmış vəziyyətdə qalan sürücünün meyiti Fövqəladə Hallar Nazirliyinin  Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobildə olan iki nəfər – sürücü T.Gülməmmədovun yaxın qohumları, Teymur İbadullah oğlu Gülməmmədov və Rüfət Gülməmməd oğlu Gülməmmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun