Zaqatalada ağır qəza: Ölən və yaralananlar var

  • Space TV
  • 11 Noyabr 2020 13:58

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Spacetv.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 10-da, saat 18:00 radələrində Zaqatala rayonunun Suvagil kəndi ərazisində kənd sakini Samir Turacov idarə etdiyi “VAZ-21011” markalı avtomobili yolun kənarına aşırıb.

Nəticədə, xəstəxanaya yerləşdirilən sürücü ölüb, üç sərnişinin vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun