Zaqatalada 250 yaşlı unikal anbar

  • Space TV
  • 7 Yanvar 2020 11:53

Saxlanc anbarı qədimdə insanların ən böyük yardımçısı olub. Ata-babalarımız qış üçün yığdıqları tədarükü – arpa, buğda, fındıq, qoz, çəltiyi bu anbarda saxlayıblar.Anbar içindəki məhsulu sağlam saxlamaqla yanaşı zərərverici həşəratlardan və gəmiricilərdən qoruyub.Kənd sakini Şaiq Əlixanov iddia edir ki,bu anbarın analoqu yoxdur.

Məmmədovlar ailəsinə məxsus bu anbarın 250-ə yaxın yaşı var. Qədimdə Alazan vadisində iri gövdəli böyük ağaclar olub. İnsanlar o ağacları kəsib, içini oyub, öz azuqələrini ora yığıblar.Anbarın aşağı hissəsində dəlik açıb, oradan lazım olan miqdarda taxıl götürəndən sonra dəliyi bağlayıblar.

Açıq havada qalmasına və illər keçməsinə rəğmən, ağac hələ də öz orijinallığını itirməyib.Tariximizi yaşatmaq və tarixi abidələrimizi qorumaq hər birimizin vətəndaşlıq borcudur.

İlkin Piranov SPACE TV
 

Paylaş

 Xəbəriniz olsun