Zaqatalada 2 mərtəbəli ev yanaraq külə dönüb.

  • Space TV
  • 3 Fevral 2020 14:40

Günorta saatlarında rayonun Yuxarı Tala kəndində kənd sakini Nəcməddin Ağayevə məxsus ümumi sahəsi 144 kv/m olan ikimərtəbəli fərdi yaşayış evində  yanğın baş verib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin  Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə tamamilə yanaraq kül olub.Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun