Zaqatalada 13 yaşlı qızı avtomobil vurub.

  • Space TV
  • 9 May 2020 15:46

Rayonun Yuxarı Tala kənd sakini Məftun Cabbarov idarə etdiyi minik avtomobili ilə Zaqataladan Balakən istiqamətində hərəkətdə olarkən piyada, Zaqatala şəhər sakini, 13 yaşlı Həlimə Şabanovanı vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan 13 yaşlı Həlimə Şabanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun