Zaqatala yaşayış binasında yanğınla müşahidə edilən güclü tüstülənmə olub, sakinlər təxliyyə edilib.

  • SpaceTV
  • 14 Fevral 2020 16:33

Zaqatalada yaşayış binasında yanğın olub ,sakinlər təxliyyə edilib.

Bu gün səhər saatlarında Zaqatala şəhəri Cəfər Cabbarlı küçəsindəki beşmərtəbəli yaşayış binasının zirzəmisində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin  Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, Təcilli Tibii yardım şöbəsinin həkim briqadaları, müvafiq qurumların nümayəndələri cəlb edilib. Təhlükəsizlik tədbirlərini nəzərə alaraq bina sakinləri təhlükəsiz əraziyə təxliyə edilib. Tüstüdən zəhərlənmiş iki nəfər bina sakini, 51 yaşlı Rüfət Qazıyev və 83 yaşlı Gülzaq İsmayılova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlara xəstəxananın Acil şöbəsində ilkin yardım göstərildikdən sonra vəziyyətləri stabilləşib. Daha bir-neçə nəfər bina sakininə  isə hadisə yerində Təcilli Tibbi Yardım briqadasının həkimləri tərəfindən yardım göstərilib.
Hadisə ilə bağlı müvafiq qrumlar tərəfindən araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun