Zaqatala və Balakəndə narkotik bitkilərini becərən şəxlər saxlanılıb

  • SpaceTV
  • 30 May 2020 14:41

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbirləri keçirilib. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində rayonun Muxax kənd sakini Rafael Laçınovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman 9 ədəd kultivasiya yolu ilə yetişdirilən çətənə kolu aşkar edilib. Rafael Laçınov şübhəli şəxs qismində saxlanılıb.Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Balakəndə isə su hovuzunda narkotik becərən şəxs saxlanılıb. Bununla bağlı Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən növbəti əməliyyat tədbirləri keçirilib. Keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində rayon sakini, 28 yaşlı Röyal Yetərov saxlanılıb. Onun Mahamalar kəndində kirayədə yaşadığı evə baxış keçirilən zaman boş su hovuzunun içərisində xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi 33 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı araşdırmalar aparılır…

İlkin Piranov Space TV

Paylaş

 Xəbəriniz olsun