Zaqatala sakini evinin bütün enerji sistemini idarə etmək üçün qurğu quraşdırıb.

  • Space TV
  • 15 Yanvar 2020 15:25

44 yaşlı Sahib Şahmalıyevin ərsəyə gətirdiyi kənardan idarə edilən kombi sistemi öz üstünlükləri ilə ağıllı ev sistemindən fərqlənir.Belə ki,bu sistem vasitəsi ilə,yalnız kombi və yaxud hansısa qaz cihazını deyil,evdə istifadə edilən bütün enerji sistemini yalnız internet şəbəkəsinə qoşulmuş smartfon telefonları ilə  istənilən məsafədən idarə etmək mümkündür.

Qəhrəmanımız bu sistemin hətta böyük müəssisə,zavod,fabrik və yaxud çoxmənzilli binaların qazanxanalarında da tətbiq etməyin mümkün olduğunu bildirir.Hələlik tətbiq etdiyi yenilikdə hər hansı bir qazanc məqsədi güdməyən mühəndis bu sistemin ona 300-400 manat civarında xərcə başa gəldiyini vurğulayır.

Elmin və texnikanın inkişaf etdiyi dövrdə  bu cür sistemlərin geniş şəkildə tətbiqi insanların rahatlığı üçün məqsədəuyğundur…

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun