Zaqatala rayonunda ənənəvi kənd təsərrüfati sahələrindən olan tütünçülüyün ilkin mərhələsinə start verilib

  • Space TV
  • 9 Mart 2020 10:41

Zaqatala rayonunda fevral ayından etibarən şitil yetişdirilməsi üçün toxum qoyma işlərinə başlanılıb. Burda xarici ölkələrdən gətirilmiş mineral gübrələrin qarışığından ibarət torfda ətirli virciniya növ tütün toxumu qoyulur.Fermerlər toxumu istər sifariş edərək öz şəxsi təsərrüfatında yetişdirir,istərsə də buradan birbaşa xüsusi texnologiya vasitəsilə yetişdirilmiş şitil əldə edir.

Burda kasetlərə qoyulmuş toxum sonra istixanalara köçürülür.İstixanalarda xüsusi dərmanlanmış suda yetişdirilən toxum 40 gün müddətində xüsusi qulluq nəticəsində şitil halına gətirilir.Aprel ayında şitilin sahələrə köçürülməsinə başlanılır.Qeyd edək ki, bu il Azərtütün, tütün istehsalı və emalı müəssisəsi tərəfindən Şəki, Qax, Zaqatala, Balakən rayonları olmaqla ümumilikdə 2000 hektar ərazidə virciniya növ tütün əkilməsi nəzərdə tutulub.

İlkin Piranov Space-Zaqatala

Paylaş

 Xəbəriniz olsun