Zaqatala balaca qız xarici mahnı oxuyub gitara çalır

  • Space TV
  • 13 Yanvar 2020 12:34

Balaca Yasmina dərs əlaçısıdır. Rusiyada doğulub boya-başa çatmasına baxmayaraq bütün dərslərindən əla qiymət alır. Musiqiyə olan marağı isə hər kəsi heyran edir.Sanki musiqi Yasminanın qanına işləyib.

Valideynləri qızlarının gitara ifa etmək bacarığını isə lap bu yaxınlarda aşkarlayıb. Elə bu məqsədlə bir aya yaxındır ki, musiqi müəllimi onunla məşğul olur.  

Bir aya yaxındı gitara kursuna yazılan Yasmina artıq notları səlis tuta bilir. Kursun ən balacası olmasına baxmayaraq seçilir. Belə ki, o, mahnını səliqəli və səlis oxumağı bacarır.Dinlədiyi istənilən mahnı onun beyninə həkk olunur…

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun