Zaqatala 16 yaşlı yeniyetmə 18 yaşlı tələbəni qətlə yetirib

  • SpaceTV
  • 15 May 2020 14:17

Dünən axşam saatlarında rayonun Mosul kəndindəki idman meydançasında kənd sakinləri16 yaşlı Əli Əliməmmədovla 18 yaşlı İlyas İlyasov arasında şəxsi münasibətlər zənmində dava düşüb. Dava zamanı Əli Əliməmmədov üzərində olan bıçaqla İlyas İlyasovu bıçaqlayıb. Ağır bıçaq xəsarətləri  alan İlyas İlyasov hadisə yerində ölüb. Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Kənd sakinlərinin dediyinə görə qətli törədən  Əli sakit təbiətli, yalnız öz dərsləri ilə məşğul biridir. Lakin  əldə etdiyimiz məlumata görə Əli ilə İlyasın arasında əvvəllər də münaqişə olub, onların nə üçün mübahisə etdikləri bilinməyib.
Qeyd edək ki,  hadisəni törətməkdə şübhəli sayılan Əli Əliməmmədov Mosul kənd tam orta məktəbinin 10-cu sinif şagirdidir. Qətlə yetirilən İlyas İlyasov isə Gürcüstan Respublikasındakı ali təhsil ocaqlarından birinin birinci kurs tələbəsidir. Qətli törətməkdə şübhəli bilinən 16 yaşlı Əli Əliməmmədov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun