Zakir Həsənov iki korpus komandirini ehtiyata buraxdı – RƏSMİ + FOTO

  • Space TV
  • 8 Fevral 2021 16:44

Azərbaycanda iki general ehtiyata buraxılıb.

Spacetv.az  bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat əldə edib.

Məlumata əsasən, Müdafiə naziri Zakir Həsənovun imzaladığı əmrlə 3-cü ordu korpusu – Şəmkir hərbi birləşməsinin komandiri, general-mayor Xəqani Cəbrayılov ehtiyata buraxılıb.

Digər əmrlə 4-cü Ordu korpusunun – Bakı hərbi birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov ehtiyata buraxılıb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə hər iki generalın vəzifəsindən kənarlaşdırılması barədə məlumatlar yayılmışdı.

Paylaş

 Xəbəriniz olsun