Zahid Oruc YAP-ın qurultayından danışdı: “Yeni hədəflər partiyanın yenilənməsini tələb edir”

  • Space TV
  • 9 Mart 2021 12:37

Milli Məclisin iclasında deputat Zahid Oruc hakim Yeni Azərbaycan Partiyasının (YAP) martın 5-də keçirilən qurultayından danışıb. 

Spacetv.az-ın məlumatına əsasən, Z.Oruc bildirib ki, Vətən Müharibəsində qələbə, yeni hədəflər və yeni ideallar, yeni milli kimlik və siyasi kimlik ortaya çıxarır.

“Bu da hakim partiyanın yenilənməsini tələb edir.Ona görə də həyata keçirilən struktur, kadr və gözlənilən yeni proqramın qəbulu mühüm hadisədir”, – deyə Z.Oruc əlavə edib. 

Millət vəkili Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın YAP sədrinin birinci müavini təyin olunmasına da münasibət bildirib:  

“Mehriban xanım Əliyevanın hakim partiyada birinci müavinliyi düzgün və məsuliyyətli idarəçiliyə, eləcə də qadınların ön mövqelərə çıxmasına, ölkəmizdə xanımların bütün həyat sferalarında uğur qazanmasına mühüm töhfə olacaq”. 

Onun sözlərinə görə, elə etmək olar ki, idarəetmə üçün kadrların mühüm bir hissəsi məhz YAP-da formalaşsın. 

Paylaş

 Xəbəriniz olsun