Səudiyyə Ərəbistanında Həcc ziyarətində olan Azərbaycanlı zəvvarların səhhəti yaxşıdır. Məkkədə olan zəvvarlar avqustun 9-da Ərəfat dağına çıxacaqlar.
Avqustun 11-də isə bütün zəvvarlar qurbanlar kəsəcəklər. Avqustun 11-12-13-də isə “Şeytan daşlama” mərasimi icra olunacaq. Avqustun 22-dən 26-a qədər isə Azərbaycana dönüş başlayacaq. Zəvvarlar üçün AZAL milli aviaşirkətinin 6 təyyarəsi ayrılıb.
Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb. Bu il azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları təşkil edir.