Zəngilanda qiymətli metalların axtarışına başlanacaq

  • SpaceTV
  • 24 Noyabr 2020 15:41

“Anglo-Asian Mining Plc” şirkəti Zəngilanın Vejnəli ərazisində qazma işlərinə başlayacaq.

Spacetv.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Reza Vəziri açıqlama verib.  

Məlumatda bildirilib ki, şirkət bu yaxınlarda Azərbaycanın Zəngilan rayonunun Vejnəli ərazisində müvafiq layihəyə etibarlı mühit yaranan kimi başlamağı planlaşdırır. Əlavə edilib ki, Azərbaycan Zəngilan rayonunu 27 ildən sonra Ermənistan işğalından azad edib və bu ərazi çox sayda mineral ehtiyatlarla zəngindir.

Qeyd edək ki, “Anglo-Asian Mining Plc” şirkəti Azərbaycanda qızıl, mis və gümüş istehsalı və kəşfiyyat aktivləri portfelinə sahibdir.

Paylaş

 Xəbəriniz olsun