Zəncirvari qəzada 5 maşın toqquşub

  • SpaceTV
  • 5 Noyabr 2019 16:46

Göyçayda 5 maşının iştirakı ilə zəncirvari yol qəzası baş verib. Hadisə Göyçay-Ucar yolunun 2- ci km- də, rayonun Potu kəndindən keçən hissəsində qeydə alınıb. Hal şahidlərinin və digər sürücülərin bildirdiyinə görə, hərəkət zamanı 5 maşın ard-arda olub. Bu an öndəki, “Mersedes” markalı avtomobilin anidən əyləcdən istifadə etməsi digər sürücüləri də çaşdırıb. Nəticədə məlum hadisə törənib. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərin 5-nə də ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun