Zəncirvari qəza

  • SpaceTV
  • 24 Oktyabr 2019 16:09

Göyçayda iki yük və bir minik avtomobilinin iştirakı ilə zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib. 99 – JL – 405 dövlət nömrə nişanlı “SHACMAN” (Şaqman) markalı yük avtomobili Göyçay-Ucar yolunda idarəetmədən çıxaraq aşıb. Eyni ərazidə hərəkətdə olan 99 – RF – 546 dövlət nömrə nişanlı “KAMAZ” markalı yük avtomobilinin sürücüsü, Goranboy sakini – Quliyev Sakit Salman oğlu yolda qəzaya uğramış həmin yük avtomobilinə baxarkən qəflətən idarəetməni itirib. Nəticədə qarşı tərəfdən gələn Göyçay sakini Kərimov Fazil Fərhad oğluna məxsus 10 – RV – 688 dövlət nömrə nişanlı “Mersedes” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı “Mersedes”də olan 3 nəfər: Ucar sakinləri, 1972-ci il təvəllüdlü Kərimova Mehriban Əlisurət qızı və onun iki övladı, 2003-cü il təvəllüdlü Kərimova Aysu Teymur qızı, 2016-cı il təvəllüdlü Kərimov Yusif Teymur oğlu xəsarət alaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  Faktla bağlı araşdırma aparılır.  

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun