Zəncirvari qəza olub

  • SpaceTV
  • 23 Oktyabr 2019 14:05

Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində, “Dəyirman” dairəsi adlanan ərazidə baş verib. Qəza nəticəsində “VAZ-2107” markalı avtomobillə “VAZ 21-011” və “Mercedes” markalı avtomobil toqquşub. Hadisə zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü Əliyev Elvin İmaməddin oğlu, “Mercedes” markalı avtomobilin sürücüsü Cəfərov İkram Nadir oğlu və “VAZ-21011” markalı maşının sürücüsü Hacıyev Məsim Əbülfət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. İlkin məlumatlara görə, qəzaya səbəb “VAZ-2107” markalı avtomobilin yüksək surətlə idarə edilməsi olub. Faktla bağlı araşdırma aparılır.

Zakir Muradov  SPACE TV

Paylaş

 Xəbəriniz olsun