Zəncirvari qəza: 69 avtomobil toqquşdu, 51 nəfər isə…

  • Space TV
  • 23 Dekabr 2019 11:03

Zəncirvari qəza ABŞ-ın Virciniya ştatında meydana gəlib. Yerli polisin məlumatına görə, 69 avtomobilə zərər dəyib, 51 nəfər xəsarət alıb.

SPACE TV  xarici mediaya istinadən xəbər verir ki, 69 avtomobilin toqquşduğu və 51 nəfərin xəsarət aldığı qəza 2 ştat arasındakı magistral yolda baş verib. Qəzaya səbəb kimi duman və yolun buz bağlaması göstərilib.

Xəsarət alanlar arasında hadisəni izləmək üçün dayanıb izləyənlər də olub. Yaralılardan birinin vəziyyəti ağıdır, ölən isə olmayıb.

Paylaş

 Xəbəriniz olsun