Zəlzələdən sonra avtomobillərin təkərlərini – PARTLATDI

  • SpaceTV
  • 25 Yanvar 2020 13:32


Diyarbakırın Bismil rayonunda
 dünən gecə baş verən zəlzələdən sonra bir nəfər bıçaqla park edilmiş vasitələrin təkərlərini partladı

SPACE TV  türk mediasına istinadən xəbər verir ki, hadisə təhlükəsizlik kameralarına əks olundu.

Dünən axşam episentri Elazığın Sivrice rayonunda baş verən 6,8 bal gücündə zəlzələdən sonra Diyarbakırın Bismil rayonunda bir nəfər aldığı bıçaqla küçəyə çıxdı və nəqliyyat vasitələrinin şinlərini partlatdı.

Fırat və Tekel məhəllələrində park edilmiş vasitələrin içərisinə baxan şübhəli, bıçağla avtomobillərin şinlərini bıçaqladı.

Bu an təhlükəsizlik kameraları tərəfindən qeydə alındı. Təxminən 160 nəqliyyat vasitəsinin şinlərinin partladıldığı öyrənildi.

Digər tərəfdən, səhər şinlərinin partladığını görən nəqliyyat vasitələrinin sahibləri şübhəlinin ən qısa müddətdə tapılmasını istədi.

Hazırda şəxsin tutulması üçün iş başladılıb.

Paylaş

 Xəbəriniz olsun