Zəlzələ təhlükəsi

  • SpaceTV
  • 28 Yanvar 2020 18:19

Qurban Yetirmişli həmçinin bildirdi  ki, zəlzələ nəticəsində tələfatın az və ya çox olması birbaşa binaların keyfiyyətindən asılıdır. Bu səbəbdən zəlzələyə hazırlıq dedikdə, ilk növbədə  binaların keyfiyyəti nəzərdə tutulur.

Tikinti üzrə ekspert bildirir ki, Azərbaycanda dağıdıcı zəzələ olarsa burada ilk olaraq istismar müddəti bitən binalara zərər dəyəcək. Həmçinin kompleks şəkildə tikilən binalarda  məsafələr baxımından  normativlərə riayət olunmayıb.

Qeyd edək ki,Yanvarın 27-də Mingəçevir şəhəri ərazisində maqnitudası 3.4 bal olan zəlzələ baş verib.Yeraltı təkanlar yerli vaxtla saat 05:35-də Mingəçevir stansiyasından 10 kilometr şimal-qərbdə qeydə alınıb.Yeraltı təkanların ocağı 28 kilometr dərinlikdə yerləşib. Buna oxşar hadisə Xəzər dənizində də baş verib. Hər iki hadisə zamanı zəlzələ hiss olunmayıb.

Qeyd edək ki, Yanvarin 24-də Türkiyenin Elazığ vilayetinde 6,8 gücündə zəzələ olub.  Zəlzələ nəticəsində son məlumatlara görə  41 nəfər ölüb, 2 mindən çox insan yaralanıb. 

LALƏ ÜLVİQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun