Zəhərlənən tələbələrdən yeni xəbər var

  • Space TV
  • 22 Noyabr 2019 17:30

Yedikləri yeməkdən sonra  zəhərlənərək xəstəxanalıq olan   Bakı Dövlət univeristetinin  tələbələri ilə bağlı yeni xəbər var.Kliniki Tibbi Mərkəzin baş toksikoloqu Azər Maqsudov “Hər Günə” açıqlamasında bildirdi ki, aparılan müayinə və müalicədən sonra hər iki tələbənin  vəziyyəti stabilləşməyə  doğru gedir və yavaş – yavaş həkimlərlə  ünsiyyət  qurmağa  başlayıblar. Vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.Daim həkim nəzarətində  saxlanılırlar.Baş toksikoloq zəhərlənmənin dəqiq səbəbi ilə bağlı yekun məlumat isə aparılan araşdırmalar sonlandıqdan sonra məlum olacağını bildirdi.Səhiyyə Nazirliyi də BDU-nin zəhərlənən tələbələri ilə bağlı son açıqlama yayıb.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun