Zəfər paradında “İtiqovan”, “Bayraktar” və “Harop” PUA-ları nümayiş olunub

  • Space TV
  • 10 Dekabr 2020 15:18

Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) nümayiş etdirilib.

Spacetv.az xəbər verir ki, PUA-ları daşıyan avtomobillər Azadlıq meydanında tribunanın önündən keçib.

Paradda Azərbaycanın istehsal etdiyi “İtiqovan” zərbə PUA-ları nümayiş olunub.

Daha sonra Vətən müharibəsində düşməni lərzəyə salan, düşmənə sarsıdıcı, dağıdıcı zərbələr vuran ən müasir PUA-lar olan “Bayraktar” və “Harop” Azadlıq meydanına daxil olub.

Paylaş

 Xəbəriniz olsun